Kremldən Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə münasibət

DÜNYA
14:31
16 Noyabr 2020
92

"Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur."

Sabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan ərazisində bir monitorinq mərkəzi olacaq. Türkiyə hərbçiləri ora göndərilməlidir. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki, qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə  arasında ikitərəfli razılaşmasının məhsuludur”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Xəbər lenti