Şuşadan 150 erməni hərbçinin cəsədi çıxarılıb

DÜNYA
11:02
16 Noyabr 2020
102

150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb.

Sabah.az xəbər verir ki, bu barədə özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “başçı”sı kimi təqdim Araik Arutyunyan öz feysbuk səhifəsində məlumat verib.

“Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir. Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradıb", - deyə Arutyunyan bildirib.

Bununla yanaşı Ermənistanda davam edən siyasi böhran qondarma rejimin rəhbərini də narahat edib. O, Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu qeyd edib.

Xəbər lenti