Ermənistan parlamentinə hücum edən etirazçının meyiti tapıldı

DÜNYA
13:53
14 Noyabr 2020
142

Ötən gecə Ermənistanın kapitulyasiya elan etməsindən sonra parlamentə hücum edən nümayişçilərdən birinin cəsədi tapılıb.

Sabah.az xəbər verir ki, Ermənistan KİV orqanlarının yaydığı məlumata görə, Raik adlı etirazçının meyiti İrəvanda Hrazdan körpüsünün altında aşkarlanıb. Bildirilib ki, mərhumun yaxınları bunu hakimiyyət oqranlarının qisası kimi qiymətləndirir. 

Qeyd edək ki, Raik etirazların ilk günü Ermənistan Parlamentinə daxil olaraq spikerin kreslosunda əyləşərək siqaret çəkmişdi.

Xəbər lenti