Yerevanda etiraz aksiyaları keçirilir, saxlanılanlar var
İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiya elan etməsindən sonra Ermənistanda etiraz aksiyaları baş qaldırıb.
Sabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, polis Yeravanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs etməyə başlayıb.
Polis tərəfindən saxlanılanlar arasında “Respublikaçılar" partiyasının nümayəndələri Eduard Şarmazanov, Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Geqam Petrosyan, Hayk Mamidcanyan, Karine Açemyan, Geqam Petrosyan, “Vətən” partiyasının nümayəndələri Arsen Babayan və Vardan Voskanyan da var.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan isə Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Bu barədə Q. Tsarukyanın mətbuat katibi İveta Tonoyan jurnalistlərə bildirib.
Bundan əvvəl, Ermənistan Baş Prokurorluğu, ölkədə mövcud hərbi vəziyyət səbəbiylə mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Ermənistan müxalifəti 11 noyabr tarixində saat 13:00-da Yerevanda Qarabağla bağlı üçtərəfli bəyanat verilməsinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırdı
Daha çox