“Bu səhər İlham Əliyevlə danışdım, qələbəyə yaxınlaşırıq” - Ərdoğan

DÜNYA
17:25
7 Noyabr 2020
133

“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq”.

Sabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan 30 ildir işğal olunmuş ərazilərindən ayrı qalıb: “İnşallah indi işğal altında olan torpaqlarına qovuşacaqlar”.

Ərdoğan əlavə edib ki, zalımlar və xainlər bizə nifrət edə bilər: “Bir əsrdir, vicdansızlıqla həyata keçirdikləri ədalətsiz siyasətlərini pozduqlarımız bizə nifrət edərlər”.

Xəbər lenti