Araikin "komandası" Qarabağdan qaçdı

DÜNYA
18:32
4 Noyabr 2020
390

Bir neçə gündür ki, özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın "prezidenti" kimi təqdim edən Araik Arutyunyandan xəbər yoxdur.

Sabah.az xəbər verir ki, onun feysbuk səhifəsində məlumat paylaşılıb. Bu dəfə də Araikin həyatda olduğunu sübut edən hər hansı görüntü yerləşdirilməyib.

Onun adından yazılan postda bildirilib ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana köçürülməsi davam etdirilir. Bununla bağlı Ermənistanın paytaxtı Yerevanda "operativ qərargah" yaradılıb. Heyətin "fəaliyyətini" bundan sonra orada davam etdirəcəyi bildirilib.

Xəbər lenti