“Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir” - Çavuşoğlu

DÜNYA
14:51
4 Noyabr 2020
391

“Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıq”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında yazıb.

O bildirib ki, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”, - deyə XİN başçısı vurğulayıb.

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

Xəbər lenti