“Əziz ermənilər, yazıq qurban olduğunuzu söyləməyin”

DÜNYA
18:49
3 Noyabr 2020
421

“Ciddi deyirəm, əziz ermənilər, mənə “etnik təmizləmələr” və “öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

Sabah.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğalöncəsi və yeni görüntülərini paylaşaraq tvitterdə yazıb.

“Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və “Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.

Xəbər lenti