İzmirdə ölənlərin sayı 91-ə çatdı - 994 yaralı+Yenilənib

DÜNYA
18:37
2 Noyabr 2020
403

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Məlumatda hadisə nəticəsində 962 nəfərin yaralandığı bildirilib. Hazırda həmin şəxslərdən 219-u xəstəxanada müalicə olunur, onlardan 4-nün vəziyyəti ağırdır.

Qeyd olunub ki, ciddi ziyan görən və çökən binaların sayı 58-ə çatıb. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb.

***

Zəlzələ qurbanlarının sayı 85-ə çatıb.

Axtarış və xilasetmə işləri davam edir.

***

Fövqəladə Halların İdarəolunması Agentliyindən (AFAD) verilən məlumatına görə, zəlzələ nəticəsində 91 nəfər ölüb, 994 nəfər isə yaralanıb.

Bildirilib ki, xəsarət alanlardan 839-u xəstəxanadan evə buraxılıb, 155-nin müalicəsi davam edir.

Xəbər lenti