Almaniyada hərbi hissə koronavirusa görə bağlandı

DÜNYA
19:55
26 Fevral 2020
56

Almaniyada hərbi hissə koronavirusa görə bağlanaraq karantinə alınıb.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, Köln şəhərində 47 yaşlı şəxs sözügedən virus şübhəsilə xəstəxanaya yerləşdirilib. Ona virusun bir əsgərdən yoluxması ilə bağlı məlumat yayılıb.

Bu səbəbdən də Kölndə yerləşən hərbi hissə bağlanıb və karantinə alınıb.

Qeyd olunub ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 766 nəfərdir. Virusa yoluxanların sayı isə 81 mini keçib.