Cavaxetiya separatçısı Gürcüstandakı ermənilərdən Qarabağa gəlmələrini xahiş edir

DÜNYA
18:42
31 Oktyabr 2020
124

Qarabağdakı erməni işğalçı kontingentinin qalıqlarının vəziyyəti kritikləşdikcə "zinvor"ların kömək nalələri də bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin "top yemi" hələ də bəs eləmir - İrəvan artıq Azərbaycan Ordusunun müzəffər irəliləyişini dayandırmaq gücündə deyil.

Sabah.az Ordu.az-a istinadən xəbər verir ki, bu səbəbdən təkcə Qarabağ deyil, başqa bölgələrdəki separatçılar da kömək üçün diasporaya müraciət etməyə davam edirlər. Üstəlik, yalnız maliyyə yardımı deyil. Ermənilərin bununla bağlı heç bir problemi yoxdur. Xeyr, onların döyüşçülərə və terrorçulara ehtiyacları var. Hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan, Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşlarına qapanaraq xahiş edir. Facebook səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlığı üzrə intensive kurs keçmələrini tövsiyə edib və hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də göstərib.

Vətəndaşları Cavaxetiya sakinləri olan Gürcüstanın hüquq-mühafizə orqanları artıq hərəkətə keçməlidirlər. Çünki gələcəkdə Qarabağdan sağ qaça biləcək həmin şəxslər artıq təlim keçmiş, hazırlıqlı döyüşçü kimi və "Cavaxetiyanı Ermənistana birləşdirmək" xəyalı ilə Gürcüstana qayıdacaqlar. Gürcüstanın bu baş ağrısına ehtiyacı varmı? Çətin. Buna görə gürcü qonşularımızın indidən Çaxalyanın tərəfdarlarına qarşı müvafiq profilaktik tədbirlər görməsi lazımdır.

Xəbər lenti