“Evinizə xoş gəlmisiniz” - Erməni qadından əsgərlərimizə

MARAQLI
09:56
7 Oktyabr 2020
306

Sosial şəbəkələrdə işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni qadınla iki Azərbaycan əsgərinin söhbət etdiyi anın görüntüləri paylaşılıb.

Sabah.az xəbər verir ki, əsgərlərdən biri qadının adını, əslən haradan olduğunu soruşub. Qadın adının Aznel və əslən Ermənistandan olduğunu, lakin Qarabağda yaşadığını və mağazada satıcı işlədiyini deyib.

“Biz Azərbaycan əsgəriyik. Biz öz Vətənimizdəyik” deyən əsgərlərə erməni qadın "Evinizə xoş gəlmişiniz" cavabını verib.

Xəbər lenti