Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu - Video

MARAQLI
10:17
19 Yanvar 2023
695

İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazarda azyaşlı uşaqla dialoqu ölkə mediasında maraqla qarşılanıb.

Sabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Bahadır bir uşağa yaxınlaşaraq onunla salamlaşıb və söhbət etmək istəyib. O isə gözlənilmədən bələdiyyə sədrinə “Suyumuzu sən kəsmisən?” sualını ünvanlayıb. Azyaşlının iradını təbəssümlə qarşılayan sədr isə “Suyu mən kəsməmişəm vallah. Su məsələsinə mən baxmıram, başqası baxır” cavabını verib.

Daha sonra anası uşağın əsəbiləşməsinə aydınlıq gətirərək bildirib ki, övladı su ilə oynamağı çox sevir. O, bu səbəbdən hər dəfə suyu bağlayıb, oğluna suyu bələdiyyənin kəsdiyini deyib.

H.Bahadır uşaqla dialoqunun videosunu öz sosial şəbəkə hesablarında paylaşaraq “Az qalsın danlanacaqdıq” şərhini verib.

Xəbər lenti