Dünənki ziyafətdə Ərdoğan üçün həmin mahnı oxundu - Video
Ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə verilən dövlət ziyafəti zamanı maraqlı anlar yaşanıb.
Sabah.az xəbər verir ki, “Gülüstan” sarayında təşkil edilən tədbirdə Türkiyə liderinin sevdiyi “Duyanlara, duymayanlara” mahnısı səsləndirilib. Mahnını Xalq artisti Samir Cəfərov ifa edib.
Qeyd edək ki, sözügedən mahnının müəllifi Cengiz Kurtoğludur. Ərdoğan daha öncə mahnını müğənni ilə birgə ifa edib, eyni zamanda bu il seçkiöncəsi mitinqlərdə də dəfələrlə səsləndirib.
Daha çox