Gəncədə bayrağımızı qoruyan vətəndaş - Günün fotosu

MARAQLI
12:00
5 Oktyabr 2020
224

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin mülki əhalisi raket atəşinə tutulub. Hadisə nəticəsində yaranan dağıntılardan çəkilən kadrlardan biri Rusiya mediasında “Günün fotosu” seçilib.

Sabah.az xəbər verir ki, Rusiyanın məşhur “Dojd” saytı Ana səhifəsində həmin şəkli “Günün fotosu” başlığı ilə yayımlayıb.

“TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin lentə aldığı fotoda Gəncə sakininin erməni terrorçularının açdığı raket atəşindən dərhal sonra Azərbaycan bayrağını sinəsinə sıxıb dağıntılar altından çıxmağa çalışdığı əks olunub.

Xəbər lenti