Ermənilərin təxribat xarakterli səs yazısı yayıldı - Xəbərdarlıq

TEXNOLOGİYA
11:14
2 Oktyabr 2020
327

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Sabah.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda bildirilir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.

“Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir”, -deyə açıqlamada qeyd olunub.

Xəbər lenti