Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama

TEXNOLOGİYA
15:38
19 İyun 2021
1026

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb.

"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə nazirlikdən bildirib.

Xəbər lenti