Feysbuk istifadəçiləri yüklədiyi videolardan pul qazana biləcək
Feysbuk istifadəçilərə paylaşdıqları qısa videolarda yerləşdirilən reklamlardan pul qazanmağa imkan yaratmağı planlaşdırır.
Sabah.az xəbər verir ki, bu barədə şirkət öz saytında bildirib.
Feysbukun meneceri Yoav Arnşteyn qeyd edib ki, yaxın vaxtlarda bununla bağlı sınaqlar aparılacaq. Eyni zamanda hekayədə reklam yerləşdirmək imkanı da yaradılacaq.
Press-relizdə qeyd olunub ki, bir dəqiqəlik videoya ümumi müddəti 30 saniyədən çox olmayan reklam yerləşdirmək mümkün olacaq. Reklam kontentin baxılmasına mane olmayacaq. 3 dəqiqədən çox olan videolarda isə reklam 45 saniyəni aşmayacaq.
Şirkət reklamın məzmununa mane olmayacağını da vurğulayıb.
İstifadəçilər üçün tələblər eyni qalır. Onlar videoları şəxsi profillə deyil, qeydiyyatdan keçmiş səhifədən paylaşmalı və yaşları 18-dən az olmamalıdır.
Daha çox