“az” ölkə kodlu yüksək səviyyəli domen adları ilə bağlı dəyişiklik
Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na və domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısına dəyişiklik edib.
Sabah.az xəbər verir ki, sözügedən sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək, həmin qərarda “domen adlarının milli inzibatçısı” anlayışı verilib, domen adlarının milli inzibatçısı tərəfindən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatına və onlara texniki xidmət göstərilməsinə görə ödənişin məbləğlərinin aidiyyəti dövlət orqanı ilə razılaşdırılmasına dair müddəalar əlavə edilib.
Qərarda bildirilir ki, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmaqla, Milli inzibatçı tərəfindən müəyyən edilir.
Daha çox