Dünyanın ən yaşlı sakinindən yeni rekord - Fotolar

MARAQLI
15:22
18 Sentyabr 2020
105

Adı “Ginnesin rekordlar kitabı”na düşən yaponiyalı Kane Tanaka bundan öncəki rekordu yeniləyib.

Sabah.az xəbər verir ki, bu gün K.Tanakanın doğumundan 117 il 260 günü keçir. Bununla da o, iki il əvvəl vəfat etmiş Nabi Tadzimanın rekordunu təzələyib. İndiyədək bu rekord 122 il yaşayan Janna-Luiza Kalmenə məxsus olub.

Qeyd edək ki, O, 1903-cü il yanvarın 2-də anadan olub. 116 yaşında dünyanın ən uzun ömürlü sakini kimi adı Rekordlar kitabına daxil edilib. Şokoladı və qazlı içkiləri sevən Tanaka 120 yaşa qədər yaşayacağına ümid edir.

Xəbər lenti