I qrupda dövlət sifarişli yerlərə neçə bal toplayanlar qəbul ola bilər?

MARAQLI
16:22
14 Sentyabr 2020
276

“I qrupda 14 min 924 plan yeri var. Bu yerlərdən 200-ü, yəni 50 yer Moskva Dövlət Universiteti, 150 yer Azərbaycan-Fransız Universitetinə veriləcək, həmin şəxslər əlavə imtahan verib müsabiqədən sonra həmin universitetlərə qəbul olacaqlar”.

Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu yerlər dövlət sifarişli yerlərdən həmin universitetlərə veriləcək. 2-ci imtahandan sonra qəbul olanların siyahısı bizə veriləcək və onların ümumi ixtisas seçimində iştirak hüququ olmayacaq:

“I qrupda 200 baldan yuxarı bal toplayan 10 min 043 nəfər 14 min 724 yerə iddiaçıdır. 250-260-dan yuxarı bal toplayanlar 9162 nəfər olub. I qrup üçün 9 090 dövlət sifarişli yer var. 250 baldan yuxarı olan hər kəs dövlət sifarişli yerlərdə özü üçün yer tuta bilər. Qalanların şansı olsa da, bu şans azdır. Burada 5 179 nəfər subbakalavr da var, 200 balıq ixtisas seçiminə onlar da qoşulacaq. Onlar qəbul ola bilmək üçün ilk olaraq özəl ali məktəblər və regionlarda ixtisası seçməlidir. 150 baldan yuxarı bal toplayan 15 min 573 nəfərdir, burada ixtisas yeri daha azdır. Subbakalavrlar da əlavə olunsa, 14 min 724 yerə 20 min 552 nəfər iddiaçı edir. Keçən ilki müsabiqə vəziyyətini gözləyirik. I qrupda verilən plan yerləri 1,96% azalıb, 299 yer təşkil edir. Yeni ixtisaslar da var”.

Xəbər lenti