Deputat BNA-nı tənqid etdi - “Dayanmadan “çakkaçak” çəkib qaçırlar”

MARAQLI
14:31
10 Sentyabr 2020
214

Deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini sərt tənqid edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Quliyev qeyd edib ki, agentliyin işçilərinin hərəsinin əlində bir fotoaparat var: “Elə dayanmadan “çakkaçak” çəkirlər. Şəkil çəkirlər və qaçırlar. Əgər vətəndaş səhv edirsə, bunu izah eləməlisən. Ağ şəhərdə dünən sürücülər 14 dəqiqə gözlədilər ki, maşını harada saxlasınlar. Sürücülərə su almaq üçün heç 30 saniyə də vaxt vermirlər. 

20 manatdan da nə qədər də cərimə yazılır. Günə 100 min, ayda 3 milyon pul edir. Bu əməlli-başlı biznesdir ki? Bəs bu vəsaitin hesab-kitabı haradadır? Mən təklif edirəm ki, həmin agentlikdən hansısa 8-ci dərəcəli yox, əsas şəxslər gəlib bizə məlumat versin. Daha qurbanlıq gedən adamları bura göndərməsinlər”.

Deputat həmçinin çıxışında öz avtomobilinin cərimə edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu barədə sürücüsündən soruşub: “ Ondan soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə”.

Xəbər lenti