Qurban Məmmədovun obyektindən əşyalar çıxarılır - Fotolar

MARAQLI
14:42
5 Sentyabr 2020
417

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən Nərimanov rayonunda yerləşən 5 mərtəbəli evinin əşyaları çıxarılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda rayonun Murtuza Nağıyev 4-6 ünvanında yerləşən obyektdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları əşyaları çıxarıb məhəllədəki sığınaqa yerləşdirib.

Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar çıxarılıb.

Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.

Xəbər lenti