Tarixin ən məşhur tviti

TEXNOLOGİYA
11:03
31 Avqust 2020
537

Məşhur amerikalı aktyor Çedvik Bouzman avqustun 28-də 43 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Ailəsi tərəfindən aktyorun şəxsi tvitter hesabında açıqlanan bu xəbər milyonlarla izləyici tərəfindən kədərlə qarşılanıb. Xəbərin ardından bu paylaşım sosial media platformasının tarixində ən məşhur tvit olub.

Sabah.az xəbər verir ki, bu barədə məlumat yayan tvitterin mətbuat xidməti kaş aramızda olsaydı və bunu paylaşmasaydıq ifadələrini işlədərək rekordu açıqlayıb:

“Bu vaxta qədər ən çox bəyənilən tvit. Krala layiq hörmət əlaməti”.

Hazırda Bouzmanın ağ-qara fotosu və onun ölüm xəbərinin yer aldığı tvit 7,3 milyondan çox bəyənmə toplayıb.

Qeyd edək ki, Bozuman IV dərəcəli yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib. Aktyor “Qara pantera”, “42”, “Misir Allahları”, “Marşall” və s. filmlərdə rol alıb.

Xəbər lenti