“TikTok”un rəhbəri istefa verdi
“TikTok” sosial şəbəkəsinin icraçı direktoru Kevin Mayer istefa verib.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Mayerin istefasına səbəb Prezident Donald Trampın “TikTok”la bağlı imzaladığı fərman olub.
Belə ki, Tramp "TikTok”un ölkədə qadağan edilməsi ilə bağlı avqustun 14-də Fərman imzalayıb. Fərmana əsasən, “ByteDance” və onun törəmə şirkətləri 90 gün müddətində ABŞ ərazisində “TikTok”la əlaqəli bütün aktivlərdən imtina etməlidir.
Bundan başqa, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə hesabat verməlidir.
Qeyd edək ki, Kevin Mayer bundan öncə Walt Disney şirkətində çalışıb. 2020-ci ilin mayında “TikTok”un baş icraçı direktoru vəzifəsinə təyin edilib. İstefadan sonra hazırkı baş menecer Vanessa Pappas “TikTok”un müvəqqəti icraçı direktoru olacaq.
Daha çox