Niyə toyların keçirilməsinə icazə verilmir? - Açıqlama
“Toylar əmək bazarına müsbət təsir edən tendensiyadır. Həmçinin bu sahə kifayət qədər vergi tutumlu sahədir ki, dövlətin büdcəsinə də müsbət təsir göstərir”.
Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi çox yaxşı olar:
“Amma digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub. Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”.
Daha çox