Smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq - Video

TEXNOLOGİYA
01:47
20 Fevral 2020
115

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz edilmiş ekran sayəsində smartfonların enerji ilə doldurulması avtomatik və istifadəçidən xəbərsiz baş verəcək.

Sabah.az "Hightech"ə istinadən xəbər verir ki, Avstraliyadan olan mühəndislər komandası kvant nöqtələrində günəş "dərisi" hazırlamaqda yeniliyə imza atıblar. Onlar günəş enerjisinin təsiri altında elektrik cərəyanının hasili üzrə faydalı iş əmsalını 25 faiz artırmağa nail olublar. Bu rekord sözügedən texnologiyanın kommersiya tətbiqi istiqamətində mühüm addımdır.

Kvinslend Universitetinin mühəndisləri kvant nöqtələrinin (kiçikölçülü süni kristallar) köməyi ilə günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə dünya rekorduna imza atıblar. Bu nanozərrəciklər elastik təbəqələr şəklində çap edilərək mobil telefon və elektrik avtomobillərini enerji ilə doldurmaq üçün şəffaf süni dəri kimi istifadə edilə bilər.

Bildirilib ki, alimlər iki il ərzində satışa hazır bir məhsul hazırlamağa ümid edir. Bununla da, smartfonların şəbəkəyə qoşaraq elektrik enerjisi ilə doldurulmasının zəruriliyini aradan qalxacaq. Məlumata görə, onlar istənilən işıqda özlərini ekrandan doldura bilərlər.

Xəbər lenti