Ağcaqanadlar koronavirus yayır?
Koronavirusun ağcaqanad vasitəsilə ötürülməsi mümkün deyil.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qənaətə İtaliya Milli Səhiyyə İnstitutunun alimləri gəlib.
Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyən ediblər.
Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinad edərək bildiriblər ki, qan əmən həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilir.
Qeyd olunub ki, COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. ÜST-nin məlumatına görə, təxminən 9,5 milyon insan bu virusa yoluxub, onlardan 484 min nəfəri ölüb.
Daha çox