Bakıdakı internet probleminin səbəbi bu imiş - Açıqlama

TEXNOLOGİYA
22:44
18 İyun 2020
180

Bakının bir sıra ərazilərində internetin verilişində problem yaranıb.

Sabah.az xəbər verir ki, “Baktelecom”un Feysbuk səhifəsindən yayılan açıqlamada problemin qısa qapanma səbəbindən yarandığı bildirilib:
 
"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır. Nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilə meydana gəlib.

Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur”.

Xəbər lenti