Yaponiya kosmosu təmizləyəcək
Yaponiyanın “JAXA” Aerokosmik Agentliyi kosmik tullantıları lazerlə məhv edə biləcək yeni peyk hazırlayır.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin NHK televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, peyk kosmik zibilləri (Nasaz texniki obyektlər və s.) lazer şüası ilə şüalandıracaq və sonra atmosferə atacaq. Məlumata görə, artıq kosmosda ölçüsü 10 santimetrdən çox olan təxminən 20 min obyekt mövcuddur.
Yeni ixtira haqqında hələlik ətraflı məlumat verilmir. Alimlər peykin 3 ildən sonra ilk texniki sınaqlarının keçiriləcəyini deyirlər.
Daha çox