“Microsoft” jurnalistləri robotlarla əvəz edir

MARAQLI
20:56
30 May 2020
119

“Microsoft” şirkəti MSN portalında işləyən onlarla jurnalisti robotlarla əvəz etmək niyyətindədir.

Sabah.az “İnterfaks”a istinadən xəbər verir ki, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirmək üçün xəbərləri tapacaqlar. İndi isə xəbər başlıqları və mövzuları jurnalistlər seçir.

"Bir çox digər şirkətlər kimi, biz də işimizi müntəzəm olaraq yenidən qiymətləndiririk. Bu bir sahəyə qoyulan sərmayənin artmasına və digərində yenidən qurulmasına səbəb ola bilər. Son qərarlarımız koronavirus pandemiyası ilə əlaqəli deyil", - deyə şirkətdən bildirilib.

“Seattle Times” qeyd edir ki, iyun ayının sonuna qədər təxminən 50 nəfər iş yerini itirəcək, ancaq müəyyən bir jurnalist komandası davam edəcək.