Hindistanda 80 il heç nə yeyib-içmədən yaşayan yoq öldü - Foto
Hindistanın 80 il yemək yeməyən və su içməyən yoq vəfat edib.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 1940-cı ildən bəri qida və sudan imtina etdiyini deyən Prahlad Cani adlı şəxs 90 yaşında həyata gözlərini yumub.
2003 və 2010-cu illərdə həkimlər onu müayinə ediblər və yoqun 10 gün ərzində bir şey yemədiyini və içmədiyini təsbit ediblər. Ancaq o, oyaq və enerjili qalıb.
Yerli mediada qeyd olunub ki, bu ilin aprel ayından yoqda sağlamlıq problemləri başlayıb.
Daha çox