Məşhur geyim 65 min dollara satıldı - Fotolar
Florens Pyunun paltarı koronavirusla mübarizəyə yardım məqsədilə satışa çıxarılıb.
Sabah.az xəbər verir ki, aktrisa “May kraliçası” adlı bu libası məşhur “Ritüel” (“Midsommar”) filmində Dani obrazını canlandırarkən geyinib.
Paltar Los-Ancelesdəki muzeylərdən birində auksiona qoyularaq 65 min dollara satılıb.
Əldə olunan gəlir “FDNY Foundation” təşkilatının büdcəsinə köçürülüb.
Qeyd edək ki, 10 min süni güldən hazırlanan bu paltar 13,5 kq ağırlığındadır.
Daha çox