Koronavirusu tamamilə bloklayan anticisim tapılıb

MARAQLI
00:57
19 May 2020
159

Alimlər koronavirusu məhv edən preparatın yaradılmasına dair ciddi irəliləyiş əldə ediblər.

Sabah.az AMEA-ya istinadən xəbər verir ki, “Sorrento Therapeutics” biofarmaseptik şirkəti tərəfindən çoxlu sayda anticisim üzərində tədqiqat aparılaraq, koronovirusa qarşı dərman hazırlanıb.

Pandemiyanın başlanğıcında bu anticisimlər koronavirus üzərində yoxlanılmağa başlanılıb və məlum olub ki, onlardan bir neçəsi infeksiya ilə mübarizədə effektivdir. STI-1499 anticismi isə koronavirusu 100 faiz bloklamağa və hüceyrələri yoluxmaqdan qorumaq imkanına malikdir. Virus hüceyrələrə daxil ola bilmədikdə məhv olur. Anticismlər “düşmən”i bloklamaqla yanaşı, həm də immun sisteminə təhlükəyə qarşı mübarizə aparmaq üçün aktiv siqnal göndərir.

Aşkar edilmiş anticisimlər əsasında hazırlanmış dərman orqanizmdən virusu dörd gün ərzində tamamilə çıxarmağa imkan verəcək. Bundan başqa, o, yoluxmanın qarşısını alaraq “müvəqqəti vaksin” kimi istifadə oluna bilər.

Bununla belə, qeyd edək ki, dərmanın sınaqları yalnız laboratoriya şəraitində aparılıb və insanlar üzərində yoxlanılmayıb.

Xəbər lenti