1 milyarda yaxın “iPhone” smartfonu təhlükə altındadır

MARAQLI
00:54
17 May 2020
220
“Apple” şirkəti indiyədək köhnə “iPhone” smartfonlarında aşkar edilmiş boşluğu aradan qaldıran yeniləməni çıxarmayıb.
 
Sabah.az “ICTnews”a istinadən xəbər verir ki, “ZecOps” agentliyinin nümayəndələrinin sözlərinə görə, “Apple” problemin vacibliyini nəzərə almır və təhlükəsizlik yeniləməsini çıxarmağa tələsmir. İT nəhənginin nümayəndəsi deyib ki, yeniləmə “iOS 13.5” versiyasında əlçatan olacaq və boşluğu tapmış agentlik mükafatlandırılacaq.
 
Təhlükəsizlik sahəsi üzrə mütəxəssislər “iOS” sistemindən istifadənin qlobal statistikasına əsaslanaraq bildiriblər ki, 900 milyon “iPhone” smartfonu təhlükə altındadır. Agentliyin tövsiyəsində deyilir ki, təhlükədən uzaq olmağın ən optimal variantı “iPhone”dan poçt kliyentini deaktivasiya etmək və ya silməkdir. “ZecOps” agentliyi qurğu sahiblərinə müvəqqəti olaraq kənar tərtibatçıların poçt proqramlarına keçməyi məsləhət görüb.

Xəbər lenti