Koronavirusla mübarizədə itlərdən istifadə olunacaq

MARAQLI
20:48
16 May 2020
110

İngiltərədə itlər güclü qoxu alma və insanlarda bəzi xəstəlikləri  müəyyənləşdirə bilmək bacarığı sayəsində yeni növ koronavirusla (COVİD-19) mübarizədə istifadə olunacaq.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, köpəklərdə simptomlar ortaya çıxmadan koronavirusa yoluxan insanları tapmaq bacarığınının olub-olmaması araşdırılacaq.

Çalışmaların ilk mərhələsində koronavirus daşıyıcısı olan və daşımayan insanlardan qoxu nümunələri toplanacaq. Daha sonra 6 itə həmin nümunələrdən virusu təsbit etmələri üçün ətraflı şəkildə təlim keçiləcək.

Səhiyyə nazirinin müavini Ceyms Bettel bu çalışmaların virusu təsbit etməkdə tez nəticə əldə etmək baxmından önəmli olduğunu bildirib:

“Dəqiqlik səviyyəsi vacibdir. Bu səbəbdən də bu təcrübə bizə “Kovid itləri”nin virusu dəqiq təsbit edib-etməyəcəyini və yayılmasını dayandırmaqda təsirli olub-olmayacağını göstərəcək”.

Xəbər lenti