Koronavirus peyvəndi meymunlar üzərində sınaqdan keçirildi

MARAQLI
01:57
16 May 2020
174

ABŞ və Böyük Britaniyadan olan alimlər koronavirusa qarşı eksperimental vaksini makakalar üzərində uğurla sınaqdan keçiriblər.

Sabah.az AMEA-ya istinadən xəbər verir ki, peyvənd koronavirusa yoluxmadan sonra meymunları pnevmoniyanın inkişafından qoruyub.

Elmi materiallar dərc edən “bioRxiv” resursunda yerləşdirilən tədqiqatın nəticələrində bildirilib:

“Biz sübut etdik ki, vaksinin bir dozası SARS-CoV-2 virusuna yoluxma zamanı ağ ciyərlərin zədələnməsinin qarşısını alır. Araşdırma zamanı, həmçinin vaksinin makakaları pnevmoniyanın inkişafından qoruduğu da məlum olub”.

Sınaqların gedişində altı meymuna vaksin vurulub. Bundan sonra alimlər anticisimlərin əmələ gəlməsi üçün 14-28 gün gözlədikdən sonra makakaları əsl koronavirusa yoluxdurmağa çalışıb. Heyvanlar SARS-CoV-2 virusu ilə yoluxdurulduqdan sonra məlum olub ki, vaksin virusun ağciyərlərə daxil olmasının qarşısını alır. Onların heç birinin tənəffüs orqanlarında patologiya və ya virus pnevmoniyası inkişaf etməyib. Bundan başqa, heç bir makakanın ağ ciyərlərində SARS-CoV-2 koronavirusunun anticismi aşkarlanmayıb.

Vaksinin uğurlu sınağı alimlərə artıq aprelin 23-dən klinik sınaqların ilk fazasına başlamağa imkan verib. Mayın 13-dək sınaqlarda mindən çox könüllünün iştirak etdiyi bildirilir.

Xəbər lenti