Azərbaycanda bir çox bitki növlərinin nəsli kəsilmək üzrədir - Video

MARAQLI
23:44
2 May 2020
135

Azərbaycanın təbii və mədəni florasında bəzi bitkilərə rast gəlinmir. Hazırda təbii florada mövcud növlərin orta hesabla üçündən biri məhv olmaq təhlükəsi ilə üzləşməkdədir.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov deyib.

Son tədqiqatlar nəticəsində məlum olub ki, quraqlıq bəzi bitkilərin məhvinə səbəb olub. Tədqiqatlar nəticəsində o da məlum olub ki, bitkilərin məhv olmasının digər bir səbəbi də antropogon amillərdir.

T.Məmmədov hesab edir ki, bitkilərin məhv olmasının qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır.

Qeyd edək ki, Azərbaycan florasında 5000-ə yaxın bitki növünə rast gəlinir. Bunlardan 460-dan artıq növ təbii halda bitən ağac və kol bitkiləridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti