“WhatsApp”da yeni funksiya

MARAQLI
00:26
29 Aprel 2020
227

“WhatsApp” messencerdə yeni funksiya istifadəyə verilib.

Sabah.az “Radio Sputnik”ə istinadən xəbər verir ki, indi qrup audio-video zənglərində iştirak edə biləcək istifadəçilər üçün limit iki dəfə artırılıb.

Bildirilib ki, artıq video ilə 8 nəfərlə əlaqə qurmaq mümkündür. Əvvəllər bu xüsusiyyət yalnız test versiyalarında mövcud idi. Tərtibatçılar qrup danışıqlarını koronavirus epidemiyası ilə bağlı genişləndirməyin zəruriliyini belə izah ediblər:

"Pandemiya səbəbi ilə bir çoxumuz dostlarımızdan və ailəmizdən uzaqlaşdıq. Buna görə dünyada insanlar “WhatsApp”da səsli və video söhbətlərdən daha çox istifadə etdilər".

Qeyd olunub ki, iştirakçıların əlavə edilməsi prosesi əvvəlki kimi qalıb - yeni qrup zəngi yarat, formatı seç (audio, video) və lazımi istifadəçiləri daxil et. Funksiyadan istifadə etmək üçün “WhatsApp” tətbiqini yeniləməlisiniz.

Xəbər lenti