Yer kürəsinə daha bir cisim yaxınlaşır
Həvəskar astronom Maykl Mattiasso NASA-nın rəsədxanasının Günəş və heliosfer məlumatlarına nəzər salaraq may ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edib.
Sabah.az AMEA-ya istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək. Kometin 27 may 2020-ci il tarixində Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, 12 may tarixində isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.
Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.
Xatırladaq ki, aprelin 11-də bu yaxınlarda Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşib.
Daha çox