Dünyanın 15 elm və tibb akademiyasından koronavirus bəyanatı

MARAQLI
01:33
12 Aprel 2020
120

Dünyanın 15 elm və tibb akademiyası “COVID-19 pandemiyası zamanı beynəlxalq əməkdaşlıq üçün təcili zərurət” adlı birgə bəyanat dərc edib.

Sabah.az AMEA-ya istinadən xəbər verir ki, bu qurumlar sırasında ABŞ Milli Elmlər Akademiyası, Braziliya Elmlər Akademiyası, Kanada Kral Cəmiyyəti, Fransa Elmlər Akademiyası, Gənc Alimlərin Qlobal Akademiyası, Hind Milli Elmlər Akademiyası, Yaponiya Elmi Şurası, Koreya Elm və Texnika Akademiyası, Rusiya Elmlər Akademiyası və digər elmi təşkilatlar yer alıb.

Sənəddə bəyanatı imzalayan elmi qurumlar tərəfindən yeni virus xəstəliyinin inkişaf edən epidemiologiyası haqqında dəqiq və şəffaf beynəlxalq məlumatlandırma, real zaman rejimində virus haqqında ətraflı elmi informasiya təminatı, bu xəstəliklə mübarizə üçün tibbi preparatlar sahəsində tədqiqatlar haqqında informasiya mübadiləsi, siyasətçilər və ictimaiyyət üçün ardıcıl, elmi cəhətdən əsaslandırılmış məlumatların razılaşdırılmış təqdimi, eləcə də digər istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın zəruriliyi vurğulanır.

Xəbər lenti