Yaponiyada koronavirusa rəğmən məzuniyyət günü keçirildi - Fotolar

TEXNOLOGİYA
09:55
8 Aprel 2020
155
Koronavirusun təhsildə yaratdığı əngələ baxmayaraq Yaponiyadakı bir universitet tələblərinə məzuniyyət günü keçirib.

Sabah.az xəbər verir ki, Tokiodakı BBT (Business Breakthrough) Universitetinin tələbələri "Newme" adlı robotların simasında məzun olub.

Evdə qalmaqları məcburi olan tələbələrin üzü robotlara quraşdırılan xüsusi ekranda əks olunub. Alqışlarla kürsüyə gələn robotlar diplomları tələbələrin adından alıblar. Universitetin prezidenti Kenichi Ohmae, diplomları robotun ortasında quraşdırılan rəfə yerləşdirib.

Xəbər lenti