Koronavirusdan sonra bəşəriyyəti nələr gözləyir? - 3 ssenari
Ölkələri cənginə alan yeni növ koronavirusdan (COVİD-19) sonra dünyanın inkişafı üçün 3 ssenari gözlənilir.
Sabah.az Argumenti.ru-ya istinadən xəbər verir ki, bu barədə futuroloq Aleksandr Kononov danışıb. O, koronavirus pandemiyasının bitməsindən sonra hadisələrin inkişafı üçün bir neçə mümkün ssenarini təqdim edib.
Futuroloqun fikrincə, bəşəriyyətin baş verənlərdən düzgün nəticə çıxarmaq ehtimalı var. Bu vəziyyətdə dünya ölkələri yeni təhdidlərə, təhlükələrə qarşı durmaq üçün birləşə biləcəklər.
Ancaq A.Kononovun fikrincə, mənfi bir ssenarinin olma ehtimalı da var. O bildirib ki, fərqli ölkələrin səlahiyyətliləri infeksiyaya qarşı ciddi tədbirlər görməzsə, koronavirus mədəniyyətləri, onun əsas institutlarını və iqtisadiyyatını məhv edəcək. Bu da dünyanın müxtəlif yerlərində aclıq və hərbi münaqişələrlə müşayiət oluna bilər. Müharibə dövrü qayıda bilər.
Kononovun digər versiyasına görə, dünyada mövcud vəziyyətin dəyişməz qalacağı və koronavirusun istər iqtisadi, istərsə də, sosial baxımdan sivilizasiyanın gələcək inkişafına təsir göstərə bilməyəcəyi kimi neytral bir seçim də var. Belə olarsa, hər şey dəyişməz qalacaq və koronavirus insan zehninə təsir edə bilməyəcək.
Daha çox