Karantin rejimi dövründə kameralar vasitəsilə cərimə yazılır? - Açıqlama

TEXNOLOGİYA
18:27
2 Aprel 2020
129

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tədbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib.

Sabah.az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir:

"Xüsusi karantin rejimi dövründə hərəkətdə olan nəqliyyat vasitləri Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılır. Araşdırma aparılır, əgər həmin avtomobili idarə edən şəxs zərurət yaranmadan yola çıxıbsa, onlar 100 manat dəyərində cərimə edilirlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsilə cərimə tətbiq edilməsi dair məlumatlar yayılıb.

Xəbər lenti