Ərdoğan “TikTok”da hesab açdı - Bu videosu rekord qırdı

MARAQLI
10:20
4 Noyabr 2022
236

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TikTok” sosial şəbəkəsində hesab açıb.

Sabah.az “Cümhuriyet”ə istinadən xəbər verir ki, “rtedijital” istifadəçi adı ilə açılan hesabda Türkiyə Prezidentinə aid videolar paylaşılır.

Qısa müddət ərzində hesabı 100 mindən çox istifadəçi izləməyə başlayıb.

Paylaşılan videolar arasında isə ən çox izlənilən Ərdoğanın Sincanda çiçəklərlə qarşılanmasına dair görüntülər olub. Sözügedən videonu 10 milyona yaxın insan izləyib.

Xəbər lenti