Prezident səfirin azərbaycanca çıxışına belə reaksiya verdi - Video
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.
Sabah.az xəbər verir ki, qəbul zamanı Fergus Auldunun Azərbaycan dilində çıxışı maraqla qarşılanıb.
“Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar”, - deyə səfir qeyd edib.
Daha sonra Prezident səfirə təşəkkür edərək bildirib:
“Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq”.
Daha çox