NATO menyusunda rus salatı - Foto

MARAQLI
10:14
1 İyul 2022
263

İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitinə qatılan liderlər sürprizlə qarşılaşıblar.

Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlərə təqdim edilən menyuda ilk sırada rus salatı yer alıb.

Bu, sammitə qatılan səlahiyyətliləri və mətbuat nümayəndələrini təəccübləndirib. Bununla belə, rus salatı qısa müddətdə tükənib. Salatın bir porsiyası 8 avroya satılıb.

Nazirlərə verilən şam yeməyində isə əsas yeməklə yanaşı, Ukrayna salatı da var idi.

“Röyters” “Noxud, kartof, yerkökü və mayonezdən ibarət bu salatın Ukraynanın işğalı səbəbiylə Rusiyanın NATO-nun gələcəyi üçün təhdid olduğu zirvənin menyusunda yer alması təəccüblü idi” deyə yazıb.

Xəbər lenti