“Mcdonald's” bu tarixdə yeni adla Rusiyaya qayıdır

MARAQLI
17:58
26 May 2022
287

Amerikanın “Mcdonald's” restoranlar şəbəkəsi iyunun 12-si yeni adla yenidən Rusiyada açılmağı planlaşdırır.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı şirkətdəki mənbəsinə istinadən “TASS” yayıb.

Məlumata görə, ilk olaraq Moskvanın mərkəzində “Puşkinskaya” metro stansiyasının yaxınlığındakı restoran fəaliyyətə başlayacaq.

Bununla belə, mənbə yeni brendin adını açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl “McDonald's” şirkətinin restoranlarının iyun ayının ortalarında Rusiyada yeni brend adı altında yenidən açılacağı barədə məlumat yayılıb.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.

Xəbər lenti