Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - Video
15:24
25 May 2022
531Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə edib.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı Selçuk Bayraktar öz rəsmi teleqram kanalında paylaşıb.
O, Bakı səmasında “MiQ-29” qırıcı təyyarəsini idarə edib.
“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq can Azərbaycan səmalarında nəsib oldu”, - deyə Bayraktar yazıb.
Daha çox