“McDonald’s”ın Rusiyadan gedəcəyi xəbərinə belə reaksiya verdi - Video
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ölkədə “McDonald’s” restoran şəbəkəsinin bağlanacağı xəbərinə münasibət bildirib.
Sabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:
“Yaxşı, bağlayın. Amma sabah orada “McDonald’s” yox, “Vanya dayı”da olmalıdır. İş yerləri saxlanılsın, qiymətlər isə endirilsin”.
Qeyd edək ki, “McDonalds” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.
Daha çox